“AZƏRBAYCANLI QARDAŞLARIMIZIN HAQLI MÜBARİZƏSİNƏ DƏSTƏK VERMƏYƏ DAVAM EDƏCƏYİK”

0

“Azərbaycanlı və liviyalı qardaşlarımızın yanında olub onlara haqlı mübarizələrində dəstək verməyi davam etdirəcəyik”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Milli Müdafiə Universiteti Dəniz Hərbi Kollecinin 2021-2022 tədris ilinin açılış mərasimində bildirib.

Nazir Yunanıstan və Kiprin yunan hissəsindəki hökumətin silahlanmasına münasibət bildirərək deyib: “Yunanıstan və yunan Kipri son dövrlərdə bəzi ölkələrin təşviqi və təhriki ilə sürətlə silahlanma sevdasına düşüb. Bir riyaziyyata, bir tarixə baxın. Belə davranışla Türkiyədən üstün olmaq iddiasından əl çəkin. Yunanıstan iqtisadiyyatı məlumdur. Bu ölkə boc içindədir. Silahlanma sevdası ilə daha böyük borca girərək ölkə iqtisadiyyatını ağır vəziyyətə salacaqlar”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİNƏ AVRASİYA MİLLİ UNİVERSİTETİNİN FƏXRİ PROFESSORU ADI VERİLİB

Qazaxıstan Respublikasında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Nur-Sultan şəhərində Lev Qumilyov adına Avrasiya Milli Universitetində tələbə-müəllim...

Bağla