Bəzi rayonlarda yağış yağıb

0

Bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin avqustun 6-sı saat 9:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Rayonlarda düşən yağıntının miqdarı Daşkəsən, Gədəbəy, Şəmkir, İsmayıllı, Xaçmaz, Qrız, Qusar, Gəncə, Sarıbaş (Qax) və Şəkidə 1 mm-dir.

Hazırda Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 18 m/s təşkil edir. Bölgələrdə isə cənub-şərq küləyi müşahidə olunur. Küləyin maksimal sürəti Culfada 21, Naxçıvanda isə 16 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 38, Aran rayonlarında 39, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti qeydə alınıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Suyun altında sirli ildırımlar çaxır: Alimlər səbəbini tapa bilmir

Sakit okeanda əsrlərdir müşahidə olunan və "te lapa" ("işıq parıltısı") adlandırılan sirli sualtı işıq saçmaları alimlər üçün hələ də açılmamış...

Bağla