Bakı metrosunun yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

0

“Bakı Metropoliteni” QSC-nin paytaxtın Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası “20 Sentyabr” adlandırılacaq.

Bununla bağlı Nazirlər Kabineti yeni qərar qəbul edib.

Baş nazir Əli Əsədovun imzaladığı qərar 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğu nəzərə alınaraq, Prezident İlham Əliyevin təşəbbüsünə əsasən qəbul olunub.

Bakı Şəhər İcra Hakimiyyəti və səhmdar cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etməlidir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə Prezidenti 12 ölkəyə yeni səfir təyin edib

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan 12 ölkəyə yeni səfir təyin edib. "Report" xəbər verir ki, dövlət başçısının bununla bağlı sərəncamları "Resmi...

Bağla