Bakı və Ankara enerji əməkdaşlığını reallaşdırma mərhələsinə çıxarır

0

Bakı və Ankara enerji sahəsində əməkdaşlığı layihələr mərhələsindən reallaşdırma mərhələsinə keçirir.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakıya səfərinin yekunları ilə bağlı “X” sosial şəbəkəsində yazıb.

“Türkiyə və Azərbaycan enerji sahəsində əməkdaşlığı indi layihələr mərhələsindən reallaşdırma mərhələsinə keçirir. Naxçıvan – Türkiyə, Türkiyə – Gürcüstan – Azərbaycan – Bolqarıstan dəhlizləri və Qara dənizin altından Avropaya uzanacaq elektrik verilişi xətləri vasitəsilə biz Türk dünyasının enerji resurslarının Türkiyə üzərindən Avropaya tədarükünü təmin etməyə çalışırıq”, – nazir yazıb.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazovun və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə 5-ci Azərbaycan-Türkiyə Enerji Forumu keçirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Müsəlman ölkələrindən olan diplomatlar Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Qarabağa və Şərqi Zəngəzura səfər edən diplomatik korpus nümayəndələri Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində olublar. "Report"un Qarabağa ezam olunmuş...

Bağla