BAKIDA AZƏRBAYCAN-TÜRKİYƏ HƏRBİ DİALOQ İCLASI BAŞLAYIB

0

İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü yüksək səviyyəli hərbi dialoq İclası öz işinə başlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

İclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilir, hərbi və müdafiə sahəsində inkişaf perspektivləri və əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilir.

Qeyd edək ki, iclasın Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahinin ikinci rəisi korgeneral Selçuk Bayraktaroğludur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İBADƏT YERLƏRİNDƏKİ BU VƏZİYYƏT MÜVƏQQƏTİ XARAKTER DAŞIYIR

Məscidlərdə və ibadət yerlərində riayət olunmağ tələb edilən bu qaydalar müvəqqəti xarakter daşıyır. Bu barədə COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan...

Bağla