Bakıda “Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi” keçirilir

0

Bakıda “Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi” keçirilir.

“Report” xəbər verir ki, tədbirdə səhiyyə naziri Teymur Musayev, Azərbaycanda səfərdə olan Türkiyənin səhiyyə naziri Fahrettin Koca və digər rəsmi nümayəndələr iştirak edirlər.

Mərasimdə öncə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan-Türkiyə səhiyyə biznes forumu başlayıb.

Qeyd edək ki, tədbirdən sonra Azərbaycan Səhiyyə Nazirliyində görüş, həmçinin Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhərinə ziyarət nəzərdə tutulub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏNİN SƏHİYYƏ NAZİRİ BU GÜN AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

Türkiyənin səhiyyə naziri Fahrettin Koca sentyabrın 22-23-də Azərbaycanda səfərdə olacaq. Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumata görə,...

Bağla