TÜRKİYƏNİN SƏHİYYƏ NAZİRİ BU GÜN AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

0

Türkiyənin səhiyyə naziri Fahrettin Koca sentyabrın 22-23-də Azərbaycanda səfərdə olacaq.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, nazir Türkiyə-Azərbaycan səhiyyə-biznes forumunda iştirak edəcək. F.Kocanın Azərbaycanda habelə bir sıra rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulub.

Nazir səfərinin ikinci günü Şuşa şəhərinə gedəcək.

Qeyd edək ki, Bakıda Türkiyə-Azərbaycan səhiyyə-biznes forumu və sərgisinin keçirilməsi planlaşdırılır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyəli federasiya prezidenti: “Öz evimə gəlmişəm, Şuşada olmaqdan məmnunam”

"Öz evimə gəlmişəm, burada olmaqdan məmnunam". Bunu Türkiyə Şahmat Federasiyasının prezidenti Gülkız Tulay “Shusha Chess 2022”nin açılış mərasimindən sonra jurnalistlərə...

Bağla