BAKIDA İSLAM MALİYYƏ ALƏTLƏRİ İLƏ BAĞLI SEMİNAR KEÇİRİLİB

0

Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) tərəfindən “İslam Maliyyə Məhsullarının Strukturlaşdırılması” mövzusunda seminar keçirilib.

Seminar iştirakçılarına islam maliyyə alətləri, o cümlədən islam depozitləri və investisiya hesabı haqqında məlumat verilib, tapşırıqlar yerinə yetirilib, iştirakçılar və ITFC-nin təmsilçiləri arasında fikir mübadiləsi aparılıb.

Seminarın yekunlaşması ilə bağlı tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bildirib ki, Azərbaycan İslam İnkişaf Bankı Qrupu ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir, Qrupun ölkəmizdə dövlət və özəl sektorun inkişafına verdiyi dəstəyi yüksək qiymətləndirir. Seminarın əhəmiyyətinə toxunan nazir müavini qeyd edib ki, islam maliyyəçiliyinin, ümumiyyətlə maliyyə savadlılığının artırılması, bu sahədə İslam İnkişaf Bankının təcrübəsinin öyrənilməsi iştirakçıların bu istiqamətdə bilik və bacarıqlarının artırılması baxımından önəmlidir.

Tədbirdə çıxış edən ITFC-nin baş icraçı direktoru Hani Salem Sonbol belə tədbirlərin ölkəmizdə keçirilməsinin islam prinsiplərinə uyğun etik maliyyə təcrübələri haqqında biliklərin öyrənilməsi, bu sahədə tətbiq olunan maliyyə alətlərinə və konsepsiyalara dair məlumatlılığın artırılması, o cümlədən Azərbaycanda dayanıqlı maliyyə ekosisteminin gücləndirilməsi baxımından vacib olduğunu vurğulayıb.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan və Türkiyə hərbçiləri sualtı hücum və müdafiə üzrə birgə təlimlər keçirir

Türkiyədə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri birgə təlim keçirir. Bunu Türkiyə Milli Müdafiə Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə...

Bağla