Bakıda tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər”  mövzusunda konfrans keçirilir

0

Bakıda Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilir.

“Report” xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, eləcə də Mədəniyyət Nazirliyinin əməkdaşları, həmçinin din xadimləri və digər rəsmi şəxslər iştirak edirlər.

İki paneldən ibarət olan konfransda İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, mədəniyyət nazirinin müavini Səadət Yusifova, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və digər rəsmi şəxslər çıxış edəcəklər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Gündüz İsmayılov: Azərbaycanda bu gün də yüzlərlə tarixi-dini abidə fəaliyyət göstərir

Azərbaycanda bu gün də yüzlərlə tarixi-dini abidə fəaliyyət göstərir. Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini...

Bağla