Bakıya yağış, rayonlara qar yağıb

0

Azərbaycanın əksər yerlərində hava şəraiti arabir yağıntılı olub.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 25-i saat 10:00-a olan məlumatında bildirilib.

Qeyd olunub ki, dağlıq ərazilərə – Kəlbəcər, Daşkəsən, Gədəbəy, Göygöl, Kişçay(Şəki), Xızı, Qrız, Şahbuz, Şahdağda qar yağıb.

Qarın hündürlüyü Daşkəsəndə 5, Gədəbəydə 4, Kəlbəcərdə 3, Göygöldə 2, Şahbuzda 1 sm-dir.

Düşən yağıntının miqdarı Astarada 29, Lənkəranda 5, Qəbələ, Qax (Sarıbaş), eyni zamanda Bakıda və Abşeron yarımadasında 4, Tərtər, Oğuz, Qobustan, İmişli və Lerikdə 3, Balakən, Zaqatala, Şamaxı, Mingəçevir, Yevlax və Neftçalada 2, Şərur, Gəncə, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Quba, Qusar, Cəlilabad, Bərdə, Göyçay, Sabirabad, Biləsuvar, Yardımlı, Ağdam, Goranboy, Laçın, Qubadlı və Şuşada 1 mm-dir.

Daşkəsən, Göygöl, Füzuli, Xankəndi, Xocalı, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Xaltan, Yevlax, Göyçay və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib. Bu barədə Müdafiə...

Bağla