BİNƏLİ YILDIRIM VƏ TÜRKİYƏLİ NAZİRLƏR ŞUŞAYA SƏFƏR EDƏCƏK

0

Türkiyənin sabiq baş nazir, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım Azərbaycana səfərə gəlir.

O, sabah – iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edəcək.

Ondan başqa tədbirə Türkiyənin kənd təsərrüfat və meşəçilik naziri Vahit Kirişçi, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Milliyyətçi Hərəkat Partiyasının (MHP) baş katibi İsmail Büyükataman da qatılacaq.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə Müdafiə Nazirliyi: “Azərbaycanla hərbi müttəfiqliyin səviyyəsindən məmnunuq”

"Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümündə, güclü Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının, müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi məmnun edir". Bu barədə "Report"un yerli bürosunun...

Bağla