BİRİNCİ ADAM OL!

0

Təsadüfi deyil ki, hər bir cəmiyyət gələcəyini necə görmək istəyirsə yatırımlarını ona görə istiqamətləndirir.  Yaxşı bir cəmiyyətdə yaşamaq istəyənlər bacarıqlı gənclərin yetişməsinə xüsusi diqqət yetirir və sözün həqiqi mənasında onların adam olmaları üçün dəridən qabıqdan çıxırlar. Bəs biz necə birinci adam ola bilirikmi?

Mənim övladım dərslərini sinifdə hamıdan yaxşı oxuyub birinci olmalıdır. Sınaq imtahanlarında ən yaxşı nəticəni göstərib bizi sevindirməlidir.  Ən yaxşı universiteti birinci bitirib, dövlətin birinci adamlarından biri olmalıdır. Bunu nəyin bahasına olursa olsun, mütləq etməlidir ki, etməlidir.

Yəqin bu ifadələr heç birimiz üçün qəribə səslənmir, çünki hər birimiz bu ifadələri eşitmişik və ya eşitməyə hələ də davam edirik.  Çox təəssüf hissi ilə qeyd etməliyəm ki, istər ailələr, istərsə də təhsil müəssisələrimiz fərdin birinci adam olmağına diqqət ayırdığı kimi onun birinci adam olmağına əhəmiyyət vermir. Nəticə isə məşhur şair Yaqub Kirazın dediyi kimi acınacaqlı olur. 

Ən yaxşı problem həll edəni həkim etdik…

Daxilində insan sevgisi varmı deyə heç baxmadıq….

Ən yaxşı əzbəri olanı hüquqçu etdik…

Qəlbində ədalət duyğusu varmı deyə soruşmadıq…

Ən yaxşı riyaziyyat biləni mühəndis etdik…

Qul haqqından qorxanını tapmadıq….

Elə buna görə:

Mərhəmətli bir çox uşaq problemləri həll edə bilmədiyi üçün,

Ədalətli bir çox uşaq yaxşı əzbərləyə bilmədiyi üçün,

Namuslu bir çox uşaq imtahanda səhv etdiyi üçün,

Həkim, hüquqşünas və mühəndis ola bilmədi.

Pulun qədər sağlamlıq varsa,

Adamına görə hüquq varsa,

Yıxılırsa ən yeni binalar,

Elə buna görədir…

Elə buna görə…

Son olaraq onu da unutmayın ki, statistik məlumatlara görə, qocalar evində qalan yaşlıların 90%-nin övladları yüksək gəlirli vəzifələrdə işləyənlərdir. Deməli evdə əvvəlcə həkim, hüquqşünas yox, adam böyütmək lazımdır. Adam

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏBƏ ÖRTÜYÜNÜN BAXIM İŞLƏRİ BAŞLADILDI – FOTO

Müqəddəs ramazan ayının yaxınlaşması ilə Kəbəi-Şərif örtüyünün mövsümlük baxım işləri də başladılıb. Bu barədə Səudiyyə Ərəbistanı krallığı “Harameyn” işləri üzrə...

Bağla