Birol Akgün: Azərbaycan Türk dünyası üçün önəmli bir mərkəzdir

0

Azərbaycan Türk dünyası üçün önəmli bir mərkəzdir.

“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda Bakıda keçirilən beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, elm adamlarının Bakıda bir araya gəlməsi onun tarixi və mədəni baxımdan bütün dünyanın təqdirini qazanan bir məkan olduğunu göstərir: “Bu konfrans təkcə elmi məsələlərin müzakirə edildiyi akademik bir toplantı deyil, eyni zamanda, türk xalqlarının elm, arxeologiya, tarix və mədəniyyət sahələrində ortaq elmi zəmin axtarışının konkret təzahürüdür”.

Səfir Azərbaycan və Türkiyə münasibətlərindən də bəhs edib. Bildirib ki, Azərbaycan və Türkiyənin gələcəyə yönəlik çox güclü əlaqələri var. İki ölkə arasındakı bağlar yalnız diplomatik və strateji tərəfdaşlıqla məhdudlaşmır: Bu münasibətlər ortaq tarix və mədəniyyət zəminində formalaşır. “Bir millət, iki dövlət” anlayışı sadəcə bir şüar deyil, çox mühüm bir prinsipdir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyəli nazir müavini: Bakıda keçirilən elmi konfransın Türk dünyası üçün böyük önəmi var

Birinci Türkoloji Qurultayla bağlı Bakıda keçirilən elmi konfransın Türk dünyası üçün çox böyük önəmi var. "Report" xəbər verir ki, bunu Türkiyənin...

Bağla