“Biz İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər böyük səylər göstəririk”

0

Hamı yaxşı bilir ki, biz İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər böyük səylər göstəririk və burada da birləşdirici rol oynayırıq.

Bunu, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında nitqində deyib.

“…30 ildir ki, D-8 adlı bir təşkilat fəaliyyət göstərir. Orada 8 üzv var idi. Müsəlman aləminin əhali nöqteyi-nəzərindən ən böyük ölkələri orada birləşir. Bu 30 il ərzində ora bir dənə də olsun yeni üzv qəbul edilməmişdir. Tək Azərbaycan, necə deyərlər, bu şərəfli məsələyə nail oldu və biz artıq D-8-in üzvüyük. İslam Əməkdaşlıq Təşkilatı ilə bizim çox sıx əlaqələrimiz var. Gələn il Azərbaycanda Zirvə Görüşü keçirilməlidir. Bu Zirvə Görüşü sıradan Zirvə Görüşü olmayacaq, çünki bu gün əfsuslar ki, İslam ölkələri bir-biri ilə müharibə aparırlar. Bu bizi çox narahat edir, çox məyus edir, bu olmamalı idi heç vaxt. Hamı yaxşı bilir ki, biz İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər böyük səylər göstəririk və burada da birləşdirici rol oynayırıq. Buna həm bizim tariximiz və bu günümüz, siyasi addımlarımız və imkanlarımız şərait yaradır…”

Xatırladaq ki, Oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə nitq söyləyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanda güclü yağış yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb....

Bağla