BMT: “MÜSƏLMANLARA QARŞI NİFRƏT EPİDEMİYA DƏRƏCƏSİNƏ ÇATIB”

0

“2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş hücumlar və İslam adına olduğu iddia edilən qorxulu terror hadisələrindən sonra müsəlmanlara qarşı nifrət epidemiya dərəcəsinə çatıb.”

İslamveirfan.com xəbər verir ki, bu sözləri BMT-nin Din və İnanc Azadlığı üzrə xüsusi məruzəçisi Əhməd Şahid deyib.  

Şahid BMT İnsan Hüquqları şurasına təqdim etdiyi hesabatda, son illərdə İslam əleydarlığının xüsusilə çoxaldığını vurğulayıb.

Ad çəkmədən çox sayda dövlət ilə yerli və beynəlxalq qurumların müsəlmanları hədəfə götürdüyünü deyən məruzəçi, radikallaşma ilə mübarizə və təhlükəsizlik tədbirləri adı altında müsəlmanlara qarşı təzyiqlərin artdığını qeyd edib.

“İslamafobiya və müsəlmanlara qarşı dövlət dəstəkli ayrı-seçkilik cəmiyyətdə düşmənçiliyi və zorakılığı artırır. Beləliklə də müsəlmanların din və inanc azadlığının məhdudlaşması və insan hüquqlarından məhrum buraxılması kimi nəticələr yaranır.

Müsəlmanlara qarşı terrorla mübarizə siyasəti; müsəlman fərdlərə və icmalara istiqamətlənmiş “ayrı-seçkiliyi, düşmənçiliyi və zorakılığı” davam etdirir, qanunlaşdırır və normallaşdırır.”

2018 – 2019-cu illərdə Avropada keçirilən anketlərdə xalqın 37%-nin müsəlmanlar barədə neqativ fikir bəyan etdiyi deyən Şahid, 2017-ci ildə keçirilən anketdə amerikalıların 30%-nin müsəlmanların əleyhində olduğunu bildirdiyi qeyd edib.

Əhməd Şahid vurğulayıb ki, həm ictimai, həm də özəl yerlərdə müsəlmanlar, islamafobiya səbəbilə müsəlmanlıqlarını yaşaya bilmirlər.

“Müsəlmanlar etnik kimi yaşadıqları ölkələrdə adları, rəngləri, hicab və s geyimləri ilə tez-tez hədəf olurlar. Dövlətləri, müsəlmanlara qarşı birbaşa və dolaylı yolla ayrı-seçklik edilməsi ilə mübarizə aparmağa və zorakılığı təşviq edən hər cür dini nifrəti yasaqlamağa dəvət edirəm.”

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURAN NƏ ANLADIR?

Bağla