“CƏNNƏT ÇİÇƏKLƏRİ”

0

Əvvəla bu ifadə edilməlidir ki, uşaqlar bizlərə ilahi bir əmanət və öz varlığımızda təşəkkül etmiş tumurcuqlardır. Duyğulu könüllərə görə, evlərin ilk səadət misiqisi doğulan uşaqların könüllərə hüzur verən sədaları ilə başlayır.

Hədisi-şəriflərdə bəyan buyurulduğu kimi uşaqlar, “cənnət çiçəkləri”, “qəlb meyvələri”, “ilahi lütf və ruzilər”dir.

Beləliklə, uşaqlar Rəbbimizin lütf və ehsanıdır. İlk uşağımız dünyaya gəldiyində ana-ata olmağın təzə xatirəsi heç unudulurmu?

Onların gülüşlərindəki zövqü-səfa işıqları cənnət parıltılarına bənzəryir. Bir ana üçün ən gözəl məşğələ onu yetişdirmək və tərbiyə etmək, cəmiyyətə bəxş etməkdir. Əmək verilib yetişdirilən saleh övladlar, axirətdə ana – ata ilə cəhənnəm arasında pərdə olacaq.

Xülasə, uşaqlar ailənin səadət meyvəsi, ər və arvad arasında ən köklü rabitədir.

Uşaq tərbiyəsinə əvvəla ana-atanın tərbiyəsindən başlanmalıdır. Çünki bu uca tərbiyə mürəbbə sifətini qazana bilən yetkin ana və ataların reallaşdıra biləcəyi bir təhsildir. Şairin:

Özü möhtacı-himmət bir ata,

Harada qaldı qeyriyə himmət edə!

Deyə vəsf etdiyi sinfə girən ana və ataların övladlarına verə biləcəyi tərbiyə nə ola bilər ki?!.

Hələ bu gün bəzi ailələrdə görüldüyü kimi rahatlığı üçün uşaq istəməmək, bundan daha dəhşətlisi, məsum körpələri ana bətnində ikən həyati bir zərurət olmadan tələf etmək əsrimizin bir cinayətidir. Bir ilan belə yumurtalarını təhlükəsiz bir yerdə saxlayır, onları mühafizə edir. Nəsillərini qorumaq üçün çırpınan heyvanlar qarşısında, kainatın ən yüksək varlığı olan insanın bu şəfqət və mərhəmət hisslərindən məhrumiyyəti necə də dəhşətlidir …

Qısacası, uşaq tərbiyəsi əvvəlcə ana-atanın ürəyindəki uşaq sevgisindən başlamalıdır. Onları Allahın bir əmanəti olaraq sevməli, bu sevgini də dünya və axirət səadətini qazanmağa vəsilə qılmalıdır. Xüsusilə uşaq ilə daha yaxından əlaqə qurmaq fürsətinə sahib olan analar, göz nuru balalarını tərbiyə barədə səhabə xanımlarını misal almalıdır.

Həzrət Peyğəmbərin (s.ə.s.) tərbiyəsi ilə nümunəvi analar olan səhabə xanımlar, Rəsulullahı (s.ə.s.) görməkdə gecikən və uzun zaman görüşməyən övladlarına xəbərdarlıq edərdilər (Baxın. Tirmizi, Mənaqib, 30; Əhməd b. Hənbəl, Müsnəd, V, 391-2).

Bu tərbiyə istiqamətində uşaqlarımızı eyş-işrətdən, yaramazlıqlardan, israfdan qorumalıyıq. Onlara gözəl ad qoymalı, Quranla tanış etməli, kiçik yaşda onlara Rəbbə qul ola bilmənin, xüsusilə namaz qılmanın zövqünü, kiçik, tozlanmamış və kirlənməmiş ürəyinə,  möhtaca yardım etməyin sevincini daddırmalıyıq. Bu barədə səhv davranışlardan, yəni eqoizmi böyüdəcək mənfiliklərdən maksimum dərəcədə çəkinməliyik. Çünki uşaq bir video kaseti kimi ana və atalarındaki bütün davranışları heç dəyişdirmədən, olduğu kimi təqlid edirlər. Məsələn,  infaqla əlaqəli bir pis davranışın uşağın saf beynini necə mühasirəyə alacağını təsəvvür etmək üçün belə bir hadisə üzərində düşünək:

Bir ata, qapıya gələn yaşlı, xəstə və pərişan vəziyyətdəki bir möhtacı kiçik qızının yanında danlayırdı. Qızı da yaşının saflığı içərisində:

“- Atacan, niyə bu zavallının ürəyini qırırsan?” – deyə soruşdu.

Qatı qəlbli ata:

“- Sən bunlara baxma, qızım! Belələri başqalarına yük olmaqdan utanmazlar! Əllərinə keçincə də qaz vurub qazan doldurarlar. Bunlar bizdən daha zəngindirlər”,- dedi.

Qapıya gələn adam həddindən artıq ehtiyac sahibi olduğundandır ki:

“- Allah rizası üçün …”,-  deyə istəməyə davam edincə, ata daha da hirsləndi və:

“- Çıx artıq utanmaz!” – deyə qışqırdı …

Bu hadisə qarşısında kiçik qız, ilk zamanlar mərhəmmət hissi ilə dolu olsa da, atasının bu rəftarna və sözlərinə şahid ola-ola yetişdiyi üçün böyüdüyündə heç bir möhtaca kömək etməyən, üstəlik onları eşitməyən, hiss etməyən, onların iztirabları qarşısında ürpərməyən bir kimsə halına gəlməzmi?

**

Bu gün uşaqlarımızı gözləyən təhlükələrin başında onların mənəviyyatdan uzaq böyüdülmələri gəlir. Yəni yalnız dünyaya dönük bir təhsil nəticəsində üxrəvi pəncərənin bağlı qalması… Yəni qəlbi həyatın acizliyə düçar olması … Bilmək lazımdır ki, uxrəvi xislət və gözəlliklərlə yaşıllaşmayan bir nəsil dinclik tapa bilməz, çantası diplomlar ilə dolsa belə .. Cəmiyyətdə nəsillərin dağılmasının saysız qəmli misalı vardır. Bu gün bir çox pis vərdişlər var. Xüsusilə narkotikin pəncəsində can verənlər, qadınlıq şərəfinin qorunmaması, iffət zədələnməsi … Bunlar övladlarımızı hansı təhlükələrin gözlədiyini daha yaxşı göstərir. Bunları dərk edə bilsək, məsələnin həllinin də, ürəyimizə iman və onun uca əxlaqını yerləşdirməklə mümkün olduğunu daha yaxşı anlayarıq. Vəhyin nuru ilə tanış olmayan qəlblər həqiqi səadəti necə tapa bilər?

Dini mövzularda cəhalət, çox qorxunc bir qaranlıqdır. Çünki adam bilmədiyinin düşməni olur. Dindən uzaqlaşmaq ruhani duyğulardan məhrumiyyətə səbəb olur və vicdan üfüqünü azaldır. Daxili və xarici nurları söndürür. Kitab və sünnənin incə hikmətlərindən, ruhani işıqlığından məhrum edir. İnsana, Xaliq tərəfindən lütf edilən cövhərləri itirib, adamı ət və sümük doldurulmuş bir dəri torbaya çevirər ki, bu da, insanı yalnız mənfəətini düşünən hala gətirər.

Qısacası, uşaqlarımız, ayədə buyurulan (baxın. Ər-Rəhman, 1,4,7) kainatdakı ilahi tarazlıq və ahəngi pozmayan gözəl və şərəfli mövqelərini qoruyacaq bir səviyyədə təlim görməlidir. Heç şübhəsiz ki, bu da ailə ocağında, ana və atanın məharətli qəlblərindən təcəlli edəcək.

Belə bir təcəlli isə uşağının gələcəyini ciddi olaraq düşünən ana və ataların məhsuludur. Təbii ki, yalnız bu günə görə qurulan bir gələcək deyil, eyni zamanda sonsuz səadətə uzanan əbədi bir gələcəyi nəzərdə tuturuq. Təəssüf ki, bu gün adına gələcək deyilərək yalnız günü qurtarma yolunda övladlarımızın sabahlarını təhlükəyə atırıq. Neçə səhv işlər, həmişə: «Nə edək, övladımızın gələcəyi daha əhəmiyyətlidir!», – bəhanələri ilə övladlarımızı Haqq qatında günaha və üsyana sürükləyir. Halbuki:

Biz övladımızı nə qədər mənəvi duyğularla yetişdirsək, o nisbətdə Cənabı-Haqq onun gələcəyini parlaq edər. Osmanlının iyirmi dörd milyon kvadrat kilometr genişlənməsinin sirri bu keyfiyyətdən qaynaqlanır. Həmçinin çətin zamanlarda Allahın kömək etməsi də buna bağlıdır. Çanaqqala və İstiqlal döyüşü zəfərləri də bu həqiqətin bərəkət və təcəllisidir.

O halda uşaqlarımızı Quran əxlaqı, təfəkkürü, istiqamət üzrə tərbiyələndirilməsi surətiylə özünə, ailəsinə, ən əhəmiyyətlisi vətəninə və millətinə sahib olacaq xeyirli övlad olaraq yetişdirmək məcburiyyətindəyik. M. Akif, misralarında bu halı nə gözəl izah edir:

Sahibsiz olan məmləkətin batması haqdır,

Sən sahib olarsan bu vətən batmayacaqdır …

Bu yazı Osman Nuri Topbaşın əsərləri əsasında hazırlanmışıdır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
VATİKANDAN TURİSTLƏRƏ: İRANA GEDİN!

İtaliya Yepiskop Təşkilatının rəsmi bülleteni öz oxucularını İrana getməyə səsləyib. Din.az xəbər verir ki, İtaliya Yepiskop Təşkilatının rəsmi bülleteni öz oxucularını...

Bağla