ÇAVUŞOĞLU: “AZƏRBAYCANLA TALEYİMİZ BİR, GƏLƏCƏYİMİZ BİRDİR”

0

“Azərbaycanla taleyimiz bir, gələcəyimiz birdir. Heydər Əliyevin də söylədiyi kimi, bir millət, iki dövlətik. Bir millət kimi, yeri gələndə isə bir dövlət kimi davranmağı bilirik. Qarabağ zəfəri belə bir duyğu və qərarlılıqla əldə olundu”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT Haber”ə müsahibəsində söyləyib.

“Azərbaycanla “bir millət – iki dövlət” anlayışı ilə bir-birimizi qorumağa, dəstəkləməyə davam edəcəyik”, – nazir vurğulayıb.

Onun sözlərinə görə, iki ölkə müxtəlif platformalarda bir-birinə hər zaman dəstək olub, “Şuşa Bəyannaməsi” isə bunun təzahürüdür.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏLBƏCƏR RAYONU İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB

Fevralın 9-u saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində...

Bağla