Cevdet Yılmaz Cənubi Qafqazdakı sülh prosesində Türkiyənin rolunu qabardıb

0

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ölkənin inkişaf hədəflərinə mane olan terror problemini daimi şəkildə gündəmdən çıxarmaq istədiklərini bildirib.

“Report” “Anadolu Ajansı”na istinadən xəbər verir ki, vitse-prezident bu barədə Ədalət və İnkişaf Partiyasının (AK Parti) toplantısındakı çıxışında deyib.

Yılmaz Türkiyənin beynəlxalq arenada mühüm aktora çevrildiyini deyib.

Onun sözlərinə görə, Türkiyə sülh və diplomatiya tərəfdarı olan, münaqişələrin həllində vasitəçilik edən ölkədir.

“Qarabağdakı uğura, Liviyadakı prosesə, Qətər və Somalidə baş verənlərə, yaxın zamanda Suriyada yaşananlara baxın. Bütün bunlarda Türkiyənin rolunu görürsünüz”, – o əlavə edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bakı və Ankara enerji əməkdaşlığını reallaşdırma mərhələsinə çıxarır

Bakı və Ankara enerji sahəsində əməkdaşlığı layihələr mərhələsindən reallaşdırma mərhələsinə keçirir. "Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii...

Bağla