Ceyhun Bayramov Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu vurğulayıb

0

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığında Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu vurğulayıb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

C.Bayramov İstanbul şəhərinin İstiqlal prospektində partlayış ilə bağlı dərin təəssüf hisslərini bölüşüb. Partlayış nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu, kədərini və sevincini bölüşdüyünü vurğulayıb.

Nazir Mevlüt Çavuşoğlu başsağlığına görə təşəkkür edib, Azərbaycanın Türkiyəyə verdiyi dəstəyi yüksək qiymətləndirib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLHAM ƏLİYEV RƏCƏB TAYYİB ƏRDOĞANA BAŞSAĞLIĞI VERİB

Azərbaycan Prezidenti İlham Əliyev İstanbulun mərkəzində törədilmiş partlayış nəticəsində insanların həlak olması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı...

Bağla