CEYHUN BAYRAMOV TÜRKİYƏYƏ BAŞSAĞLIĞI VERİB

0

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib. O, bu barədə tviterdə yazıb.

“Qardaş Türkiyənin Bartın şəhərində mədəndə partlayışda həlak olanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirik. Yaralıların tezliklə sağalmasını, mədəndə dağıntılar altında qalmış insanların qurtarılmasını arzulayırıq. Başın sağ olsun, Türkiyə”, – paylaşımda bildirilib.

Qeyd edək ki, Türkiyənin Bartin vilayətində kömür mədənində bu gecə partlayış baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 11 yaralının isə müalicəsi davam edir.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ MƏDƏNDƏ PARTLAYIŞ OLUB – ÇOX SAYDA ÖLƏN VAR

Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənində partlayış baş verib.  Partlayış nəticəsində həyatını itirənlərin sayı 28 nəfərə çatıb. Bunu...

Bağla