Ceyhun Bayramovla Hakan Fidan regional və beynəlxalq prosesləri müzakirə ediblər

0

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlərin müzakirələri daha geniş regionda sülhün, sabitliyin və rifahın əsas dayaqlarından biri olaraq qalmaqda davam edən Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin daha da inkişaf etdirilməsinə həsr olunub.

Görüş zamanı siyasi dialoq, iqtisadi tərəfdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat və bağlantılılıq layihələri, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiya daxil olmaqla ikitərəfli əməkdaşlığın geniş gündəliyi nəzərdən keçirilib.

Nazirlər həmçinin Cənubi Qafqazda davamlı sülhün və normallaşmanın təmin olunması istiqamətində səylər, regional bağlantılılıq təşəbbüsləri və Orta Dəhlizin artan strateji əhəmiyyəti də daxil olmaqla regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparıblar.

İki ölkənin XİN rəhbəri bildiriblər ki, ortaq tarix, mədəniyyət və dəyərlər üzərində qurulan Azərbaycan–Türkiyə qardaşlığı əvvəlkindən daha güclü olaraq qalır və regional təhlükəsizliyə, inkişafa və əməkdaşlığa mühüm töhfə verməyə davam edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanacağına ümid edir

Türkiyə ötən gün Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün şəraitin yaradılacağına ümid...

Bağla