“QARABAĞDA ATƏŞKƏSƏ RİƏYƏT EDİLMƏSİ ÜÇÜN FƏALİYYƏTLƏRİMİZ DAVAM EDƏCƏK”

0

“Dağlıq Qarabağ münaqişəsinin səbəbi, bir ölkənin digər ölkənin torpaqlarını işğal etməsi səbəbilə beynəlxalq hüququ açıqca pozmasıdır. Bu vəziyyətin 30 ilə yaxın müddət davam etməsi təəssüf doğurur.”

Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu “Küresel Medya” dərgisinə verdiyi müsahibədə deyib.

XİN rəhbəri, Ermənistanın hücumlarına baxmayaraq Azərbaycanın sürətlə və qərarlılıqla özünü müdafiə etdiyini, işğal edilmiş torpaqlarının əsas hissəsini nəzarətə götürdüyünü və münaqişənin 44 gün sonra 2020-ci il noyabrın 9-da ortaq bəyannamə ilə başa çatdığını xatırladıb.

“Bu bəyannamədə hər şeydən əvvəl Dağlıq Qarabağın Azərbaycana aid olduğu vurğulanıb, 7 rayonun hamısının sahibinə qaytarılıb, atəşkəs təsis edilib və evindən didərgin düşən 1 milyon azərbaycanlının öz torpaqlarına qayıtması əksini tapıb. Bu bəyannamə Minsk qrupunun illərdir səsləndirdiyi fikir və prinsipləri böyük ölçüdə əks etdirməkdəir. Lazım gələrsə Minsk qrupu yenə də fəaliyyətini davam etdirər. Həmsədrlər daha konstruktiv olmalı və əvvəlki fəaliyyətsizliklərindən dərs çıxarmalıdırlar.”

Çavuşoğlu yaşananların bölgədə daimi sülhü təmin etmək üçün fürsət olduğunu deyib.

“Azərbaycanın dəvətinə cavab verərək atəşkəsə riayət edilməsi üçün fəaliyyətə davam edəcəyik. Atəşkəsə nəzarətetmək üçün Rusiya ilə ortaq bir mərkəz qurduq. Bu atəşkəs çox əhəmiyyətlidir və mühafizə edilməlidir.

Bundan sonra ermənilərin atəşkəsə və bəyannamənin qaydalarına riayət etməsini, yeni macəralardan uzaq olmasını və işğaldan xilas edilən torpaqlarda Azərbaycanın hakimiyyətini tanıyaraq problemin həlli yollarını açmasını gözləyirik…” – deyə Türkiyənin baş diplomatı bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR ŞƏHİDLƏR XİYABANINDA HAZIRLIQLAR BAŞLAYIB

20 yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanında hazırlıq işləri aparılır. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qurumları tərəfindən cari...

Bağla