DİN XADİMLƏRİ ÜÇÜN ATTESTASİYA KOMİSSİYASI YARADILACAQ

0

Din xadimləri üçün Attestasiya Komissiyası yaradılacaq.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

Onun sözlərinə görə, din xadimlərini həmin komissiya attestasiya edəcək: “İstər din xadimi olmaq istəyənlərin, istərsə də attestasiyada iştirak edənlərin din, dil, qanunvericilik bilikləri, dünyagörüşləri və peşə bacarıqları yoxlanılacaq. Bunun üçün imtahan-müsahibə və attestasiya proqramları əvvəlcədən hazırlanacaq və rəsmi qaydada təsdiqlənəcək”.

Sədr müavini Attestasiya Komissiyasında kimlərin təmsil olunacağı məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, qanuna əsasən, Attestasiyanı Dövlət Komitəsi keçirir, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri və mütəxəssislər bu prosesdə iştirak edirlər: “Əslində din xadimlərinin attestasiyası yeni məsələ deyil. İndiyədək bu işi Qafqaz Müsəlmanları İdarəsi həyata keçirib və bu sahədə onların təcrübəsi var, biz də bu təcrübədən istifadə edəcəyik”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA QADINLAR DA DİNİ AYİN İCRA EDƏ BİLƏCƏKLƏR

Azərbaycanda qadınlar da dini ayin icra edə biləcəklər. Bunu "Report"a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz...

Bağla