Dini Komitənin sədri Misirdə beynəlxalq konfransda iştirak edəcək

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qahirə şəhərində “İslamda peşələr: süni intellekt əsrində etikamız, onun təsiri və gələcəyi” mövzusunda 36-cı beynəlxalq konfransda iştirak edəcək.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, Misir İslam Məsələləri üzrə Ali Şurasının təşkilatçılığı ilə yanvarın 19-20-də keçiriləcək konfrans çərçivəsində süni intellektin peşə fəaliyyətinə və etik dəyərlərə təsiri, eləcə də bu sahədə mövcud çağırışlar və perspektivlər müzakirə olunacaq.

Dövlət Komitəsi sədrinin tədbirdə çıxışı, həmçinin, Misirə səfəri çərçivəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi məqsədilə görüşləri nəzərdə tutulur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÖMER ÇELIK: Aİ HEÇ VAXT KIPR MƏSƏLƏSINDƏ VASITƏÇI OLA BILMƏZ

Kipr Administrasiyasının Avropa İttifaqına (Aİ) müvəqqəti sədrliyi qəbul edərkən Şimali Kipr Türk Respublikasına qarşı istifadə etdiyi "işğal" və "ilhaq" ifadələri...

Bağla