DQİDK korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici broşürlər hazırlayıb

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ictimai maarifləndirmənin gücləndirilməsi məqsədilə məlumatlandırıcı broşürlər hazırlanaraq çap olunub.

Broşürlər Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.1-ci bəndinin icrası çərçivəsində nəşr edilib.

Komitənin regionlarda təşkil etdiyi maarifləndirmə tədbirləri zamanı broşürlər iştirakçılar və digər vətəndaşlar arasında paylanılaraq korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi biliklərin artırılmasına töhfə verib.

Broşürlərdə korrupsiya anlayışı və onun formaları, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, bu sahədə müraciətlərə baxılması qaydaları, həmçinin mövzu ilə bağlı digər hüquqi məlumatlar yer alıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə MTŞ: Qara və Xəzər dənizləri münaqişə zonasına çevrilməli deyil

Türkiyənin Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasında Rusiya-Ukrayna müharibəsi müzakirə olunub və bildirilib ki, Qara dəniz ilə Xəzər dənizi münaqişə zonasına...

Bağla