FHN-in Türkiyədəki səhra hospitallarında 1623 nəfərə tibbi xidmət göstərilib

0

Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə fəaliyyət göstərən mobil səhra hospitallarında 319-u uşaq olmaqla 1623 nəfərə tibbi xidmət göstərilib.

Bu barədə FHN-dən məlumat evrilib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.

Belə ki, hospitallarda ötən günlər ərzində ümumilikdə 319-u uşaq olmaqla 1623 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Kahramanmaraşın bir bölgəsində axtarış-xilasetmə işləri başa çatdırılıb

Kahramanmaraş şəhərinin Türkoğlu rayonunda axtarış-xilasetmə işləri başa çatıb. "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bu barədə Karaman valisi Tuncay...

Bağla