FRANSADA DAHA BİR MƏSCİD TERROR BƏHANƏSİ İLƏ BAĞLANDI

0

Fransanın Allonnes şəhərində bir məscid “radikal islamı müdafiə etdiyi” iddiası ilə 6 aylıq müddətə bağlanıb. Bu barədə Sarte əyalətinin valiliyi məlumat yayıb. Məlumatda, Allonnesdə 300 nəfərlik məscidin terroru leqallaşdırdığı, baş verə biləcək teraktın qarşısının alınması üçün həmin məscidin müvəqqəti olaraq bağlandığı bildirilib.  

Qeyd edək ki, Sarte valiliyi oktyabrın 13-də, daxili işlər naziri Cerald Darmaninin təlimatı ilə bu məscidin bağlanması üçün işə başladıqlarını bildirmişdi.

Xatırladaq ki, Cerald Darmanin “radikallaşma” iddiası ilə yoxlama aparılan 89 məscidin ⅓-nin fəaliyyətinin dayandırıldığını, Sart, Mort-i-Mozel’, Kot-d’Or, Rona, Gar bölgələrində də 6 məscidi bağlamaq üçün işə başladıqlarını qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“AZAD OLUNAN TORPAQLARIMIZDA MƏSCİDLƏR TÖVLƏ KİMİ İSTİFADƏ EDİLİB”

İşğaldan azad olunan torpaqlarımızda ermənilər vandalizm aktları törədiblər. Qəbirlər qazılıb, insanların sümükləri çıxarılıb, məscidlər tövlə kimi istifadə edilib. Qarabağda demək...

Bağla