FRANSADA MÜSƏLMAN MƏZARLIĞI HÜCUMA MƏRUZ QALIB

0

Fransanın şimal şərqində yerləşən Müluz şəhərində müsəlmanlara aid məzarlıq hücuma məruz qalıb.

Xəbərdə bildirilir ki, Müluz şəhər qəbristanlığının bir tərəfində olan müsəlmanlara aid qəbirlərə ziyan vurulub.

Müluz şəhər bələdiyyəsinin sədri Mayk Lutz hadisəni pislədiyini bildirib. Məzarlara hörmət göstərilməli olduğunu deyən Lutz, faktla bağlı bir nəfər barədə istintaq başladığını açıqlayıb.

Yerli polis hadisə barədə təhqiqata başlayıb.

Fransa İslam Şurası (CFCM) hadisəni pisləyib. Diyanət İşləri Türk-İslam Şurası da baş verənlərə görə təəssüf etdiyini açıqlayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
571 NƏFƏR QURANI ƏZBƏRLƏYİB HAFİZ OLDU – FOTO

Türkiyənin Rize şəhərində 571 şagird Qurani-Kərimi başdan sona qədər əzbərləyərək Hafiz adına layiq görülüb. Rize “2 Mart” idman zalında keçirilən...

Bağla