“Hər məsciddə kitabxana” layihəsi ötən il 250 məscidi əhatə edib

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Hər məsciddə kitabxana” layihəsi 2025-ci ildə 250 dini ibadətgahı əhatə edib.  Layihə çərçivəsində 109 şəhər, 54 qəsəbə və 87 kənd məscidinə  kitablar təqdim olunub. Nəşrlər arasında yalnız dini mövzulu əsərlər deyil, həm də fəlsəfə, tarix, ədəbiyyat və humanitar sahələrə aid kitablar, eləcə də Azərbaycan və dünya klassiklərinin nümunələri yer alıb.

Qeyd edək ki, təşəbbüsün əsas məqsədi milli-mənəvi dəyərlərin təbliği, xüsusilə gənclər arasında mütaliə mədəniyyətinin inkişaf etdirilməsi, eyni zamanda məscidlərin yalnız ibadət yeri deyil, həm də ictimai-mədəni mərkəz kimi fəaliyyət göstərməsinə töhfə verməkdir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QARADAĞLI FACİƏSİNDƏN 34 İL ÖTÜR

Bu gün Qaradağlı faciəsinin ildönümüdür. Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il...

Bağla