HACILARIN İŞİNİ ASANLAŞDIRMAQ ÜÇÜN MƏKKƏDƏ SMART KART İSTİFADƏYƏ VERİLDİ

0

Səudiyyə Ərəbistanı krallığı zəvvarlara rəhbərlik, təşkilatçılıq və s. bu kimi xidmətlər verəcək “smart kart”ı istifadəyə verib.

Bu məqsədlə zəvvarların giriş-çıxışlarını asanlaşdırmaq üçün Məkkə şəhərinin yaxınlığındakı Əz-Zeyidi bölgəsində “Qəbul və Qarşılama Mərkəzi” layihəsinin açılığı olub. Mərkəzin açılığını Həcc komitəsinin sədri şahzadə Xalid əl-Faysal ibni Abduləziz edib.

Zəvvarlara smart kartların veriləcəyi mərkəzdə, dövlət portalında olan Həcc iznləri bu kartlara yüklənəcək və bu kartlarda insansız cihazlar vasitəsilə istifadə olunacaq.

Mərkəzdən ilk smart kartı alan Həcc və ümrə nazirinin müavini Abdulfəttah Məşət, bu kartdan düşərgələrə giriş, nəqliyyatdan istifadə, otellərə giriş, ödəmə əməliyyatları, yolu itirənlərə rəhbərlik, gediləcək mövqeyə çatmaq və s. işlərdə istifadə olunacağını deyib.

Xatırladaq ki, qlobal pandemiya səbəbindən Səudiyyə Ərəbistanı bu il də ötən il olduğu kimi Həcc ibadəti üçün əcnəbi zəvvar qəbul etməyib. Bu il ölkə daxilindən xroniki xəstəliyi olmayan 18-65 yaş arası 60 min insan Həcc edəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“AĞDAM VƏ ŞUŞA MƏSCİDİNDƏN AZAN OXUNMASI ƏDALƏTİN BƏRPASIDIR”

“Ən böyük sevinclərdən biri Ərdoğanın ailəsi ilə Şuşaya gəlməsi, Şuşa Bəyannaməsinin imzalanmasıdır. Şuşa Bəyannaməsi göstərir ki, gələcəkdə də iki qardaş...

Bağla