HİND HƏKİM XƏSTƏLƏRİNİ QURAN AYƏLƏRİ İLƏ MÜALİCƏ EDİR

0

Kanadalı bir hinduist həkim xəstələrini Quran dinlətməklə müalicə edir.

Bu barədə “The Siasat Daily” nəşri məlumat yayıb.

Doktor Jaqdiş Anand Roy Kanadanın ən yaxşı oftalmoloqlarından biridir. Bir neçə il əvvəl qurduğu özəl klinikanın rəhbəridir.

Maraqlıdır ki, Dr.Jaqdiş inancına görə müsəlman olmadığına, hinduizm təəssübkeşi olmasına baxmayaraq öz klinikasında davamlı olaraq Qurani-Kərim ayələrini səsləndirir. O, əsasən “Yasin” və “Ər-Rəhman” surələrini dinləyir.

Bu ənənədən bəhs edən Dr. Jaqdış Quranın bütün bəşəriyyətə mənsub olduğunu söyləyir. Quran oxumağın faydalarından bəhs edən həkim Allah ayələrinin klinikanın atmosferini daha da sakitləşdirdiyini və xəstələrin yaxşılaşmasına kömək etdiyini söyləyir.

Dr. Jaqdiş apardığı araşdırmalar əsasında “əl-Rəhman” surəsini beş dəfə dinləməklə bəzi göz xəstəliklərinin müalicəsinin mümkün olduğunu iddia edir.

Moderator.az

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ABŞ NÜMAYƏNDƏLƏR PALATASINDAN İSLAMAFOBİYA XƏBƏRDARLIĞI

ABŞ Nümayəndələr palatasının bir qrup demokrat millət vəkili, facebook direktorlar şurasının sədri Mark Sukerbergə məktub yazıb. İslamveirfan.com xəbər verir ki,...

Bağla