HOLLANDİYADA “KRAL GÜNÜ”NDƏ QURANİ-KƏRİM PAYLANILIB

0

Hollandiyada Müsəlman Perspektiv Fonduna bağlı “Niyə İslam” bölməsinin rəhbərləri və könüllüləri 15 şəhərdə “İslama dəvət” adlı tədbir təşkil ediblər.

Tədbirdə Kral gününü qeyd etmək üçün şəhərin mərkəzinə gələnlərə Qurani-Kərimin hollandca tərcüməsi hədiyyə edilib, İslam dini ilə bağlı broşürlər paylanılıb və İslam dini izah edilib.

Rotterdam şəhərində Qurani-Kərimin paylanmasını həyata keçirən “Niyə İslam” bölməsinin rəhbəri Bəkir Ekinci bildirib ki, onların məqsədi Qurani-Kərimi qeyri-müsəlman holland xalqına paylamaq, İslamı izah etmək və onların İslam dini ilə tanış olmasına kömək etməkdir.

“Əgər İslama qarşı həqiqətən səmimidirlərsə, bu münasibətlə onları İslama dəvət edirik. Əlhəmdülillah, bu gün ən azı 5 nəfərin İslamı qəbul etməsinə kömək etdik. Burada 5 nəfər İslamla şərəfləndi” deyə Ekinci bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Səudiyyə Ərəbistanı: Həccə vizasız gedən hər kəs günahkar olar!

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyindən olan rəsmi mənbənin açıqlamasına görə, Həcc ziyarəti üçün bu ölkəyə gəlmək yalnız Səudiyyə Ərəbistanının...

Bağla