HULUSİ AKAR: ERMƏNİSTANDAN ATƏŞKƏSƏ ƏMƏL ETMƏSİNİ TƏLƏB EDİRİK

0

“Bizim ümidimiz və tələbimiz Ermənistanın atəşkəsə əməl etməsi, hansısa bir yalnışlıq etməməsi və regionda atəşkəsin daimi olması, sabitliyin təmin edilməsidir”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Konyada “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə deyib.

“30 ildir işğal altında qalan torpaqlarını “Tək Vətən Hərəkatı” ilə 44 gün ərzində azad edən Azərbaycan Silahlı Qüvvələrini bir daha təbrik edirəm. Uğurlu əməliyyatdan sonra yaradılan birgə Monitorinq Mərkəzində Türkiyə Silahlı Qüvvələri Rusiya hərbçiləri ilə birlikdə xidmət göstərir, atəşkəsi müşahidə edir, atəşkəsin daimi olması üçün birlikdə səy göstərirlər.

Bununla yanaşı, kustar üsulla hazırlanan partlayıcıların, minaların təmizlənməsi istiqamətində Türkiyə Silahlı Qüvvələri olaraq əlimizdən gələni edirik, bunu davam etdirəcəyik”, – H.Akar bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“TÜRKİYƏ KİMİ QARDAŞIMIZIN YANIMIZDA OLMASI BİZƏ GÜC VERİR”

“Azərbaycan Ordusu işğal altında olan torpaqlarının azad edilməsi zamanı Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə müasir texnologiyalar və yeni döyüş taktikasından...

Bağla