“TÜRKİYƏ KİMİ QARDAŞIMIZIN YANIMIZDA OLMASI BİZƏ GÜC VERİR”

0

“Azərbaycan Ordusu işğal altında olan torpaqlarının azad edilməsi zamanı Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə müasir texnologiyalar və yeni döyüş taktikasından istifadə edərək qələbə qazandı”.

Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Konya şəhərində keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərinin açılışındakı çıxışında bildirib.

“Bu bütün dünyaya Azərbaycanla Türkiyə qardaşlığının sarsılmaz və əbədi olduğunu nümayiş etdirir. Türkiyə kimi qardaşımızın yanımızda olması bizə güc verir. Azərbaycan xalqı Türkiyənin bu dəstəyini çox yüksək qiymətləndirir”, – Z.Həsənov vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“TURAZ ŞAHİNİ – 2021” BİRGƏ TAKTİKİ-UÇUŞ TƏLİMLƏRİ DAVAM EDİR – VİDEO

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyənin hərbi təyyarələri müxtəlif epizodlar üzrə...

Bağla