Hz. Muhammədin (ﷺ) təhqir edilməsi ilə əlaqədar Hindistan səfiri XİN-ə dəvət edilib

0

Hindistanın ölkəmizdəki səfiri Bavitlung Vanlalvavna Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə Hindistanın hakim partiyasının rəsmiləri tərəfindən İslam dininə qarşı və Muhamməd (ﷺ) peyğəmbər ilə bağlı təhqiramiz ifadələr işlədilməsinin qəbuledilməz olduğu bildirilib.

Hindistan rəsmilərinin sərgilədiyi islamofob mövqeyin bütün dünya müsəlmanlarının hissiyyatına toxunduğu qeyd edilib və Azərbaycanın bu davranışı qınadığı Hindistan səfirinin diqqətinə çatdırılıb.

Bu kimi halların, müxtəlif dinlərdən olan insanların sülh şəraitində birgə yaşayışına xələl gətirdiyi qeyd olunub. Sözügedən rəsmilərə qarşı Hindistan hökuməti tərəfindən sərt tədbirlərin görülməsinin gözlənildiyi ifadə edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN AZƏRBAYCAN ORDUSUNUN DA İŞTİRAK ETDİYİ HƏRBİ TƏLİMİ İZLƏYİB

İyunun 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Efes-2022” çoxmillətli təliminin sonuncu günündə icra olunan tapşırıqları izləyib. Yüksək səviyyəli...

Bağla