İƏT nümayəndə heyəti Gəncədə ermənilərin raket hücumuna məruz qalan əraziyə baxış keçirib

0

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərində səfərdədir.

“Report”un Qərb bürosunun məlumatına görə, səfərin məqsədi faktaraşdırıcı missiyanın həyata keçirilməsidir.

Nümayəndə heyəti Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış ərazini ziyarət edib.

Burada raket hücumları nəticəsində zərərçəkmiş şəxslərlə görüş keçirilib.

Qonaqlar daha sonra “İmamzadə” Ziyarətgah Kompleksinə baş çəkəcəklər.

Qeyd edək ki, nümayəndə heyəti dünən işğaldan azad edilmiş Ağdam rayonuna da səfər ediblər. Ağdama səfərləri zamanı qonaqlar vandalizimə məruz qalmış məzarlıqlara baxıb və şəhər Cümə məscidində olublar.

Nümayəndə heyətinin tərkibinə İƏT MDİHK sədri Muhammad Laval Sulaiman (Nigeriya), İƏT MDİHK sədr müavini Hacı Ali Açıkgül (Türkiyə), İƏD MDİHK üzvü Hilal bin Said al Şidhani (Oman), İƏT MDİHK katibliyinin icraçı direktoru Nura Zaid Alrşoud (Səudiyyə Ərəbistanı), İƏT MDİHK Katibliyinin direktoru Javed Saqlain (Pakistan), İƏT MDİHK Katibliyinin əməkdaşı İbrahima Saidou Kamara (Qvineya) daxildir.

Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İsveçdə Quranı təhqir edilməsinə müdaxilə etməyə cəhd edən 15 nəfər saxlanıldı

İsveçdə Qurani-Kərimi yandıran İraq əslli Salvan Momikaya mane olmağa çalışan etirazçılar polis tərəfindən saxlanılıb. Hadisə İsveçin Malmö şəhərində müsəlmanların kompakt...

Bağla