İLAHİ VƏ BƏŞƏRİ ÜNSİYYƏT

0

Yaradan ilə Ünsiyyət

İlahi ünsiyyət, insanın Allahla olan əlaqəsini ifadə edir. Bu əlaqə birbaşa dil ünsiyyətindən daha çox, insanın Yaradanla qurduğu mənəvi bağa əsaslanır. Qurani-Kərimdə: “Biz insana şah damarından daha yaxınıq” (Qaf, 16) deyilir. Bu ayə Allahın insanla olan yaxınlığını və davamlı ünsiyyətdə olduğunu göstərir. İnsanın hər an Allahla ünsiyyətdə olması dua və ibadətlə möhkəmlənir. Dua bir növ daxili ünsiyyətdir və insanın daxili aləmində Allahla qurduğu bağın ən güclü vasitəsidir. Bir Hədisdə: “Dua ibadətin özüdür” (Tirmizi, Dəvət, 1) buyurulur. Yalnız Allaha güvənməli,

Yaradılmışlarla Ünsiyyət

Bəşəri ünsiyyət, insanların bir-biri ilə və digər yaradılmışlarla (heyvanlar, təbiət) qurduğu əlaqəni ifadə edir. İnsanlar arasında fiziki və mənəvi bağ mövcuddur; bu bağ sözlü və sözsüz ünsiyyət, duyğusal bağlar və ictimai münasibətlər üzərindən formalaşır. Ünsiyyət təkcə insanlar arasında deyil, insanın digər yaradılmışlarla qurduğu münasibətlərdə də vacibdir. İnsanlar təbiət, heyvanlar və ətraf mühit ilə davamlı bir ünsiyyət içindədirlər. Bu da insanın təbiətlə barışıq şəkildə yaşamasını və heyvanlara qarşı məsuliyyət daşımasını tələb edir.

Qurani-Kərimdə zik edilən Davud (a.s.) bu ünsiyyətin ən konkret və estetik nümunələrindən biri olaraq təqdim edilir. Onun təbiətlə qurduğu münasibət bir ahəng münasibətidir. Davud (a.s.) özünə verilən ilahi lütflə təbiətin təməl ritminə, yəni “təsbih”ə (Allahı anma və ucaltma) qoşulmuşdur. Onun bu vəziyyəti insanın təbiətə yad olmadığını, onun bir parçası və qoruyucusu olduğunu göstərir. Bu vəziyyəti izah edən ayələr olduqca diqqətçəkicidir: “Həqiqətən, Biz Davuda tərəfimizdən lütf bəxş etdik. (Dedik ki:) ‘Ey dağlar və quşlar, onunla birlikdə (təsbih edib) oxuyun (ucaldın)!’ Və Biz ona dəmiri yumşaltdıq.” (Səba, 10)

Təbiətin dili insanın duyğuları, müşahidələri və zəkası vasitəsilə başa düşülür. İslam ənənəsində “kainatın bir ayələr (işarələr) bütünü” olaraq görülməsi insanın təbiətlə qurduğu bağı müqəddəs müstəviyə daşıyır.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Din xadimlərinə dövlət qulluğuna qəbulda yeni məhdudiyyət tətbiq edilib?

Son günlər bəzi media subyektlərində və sosial şəbəkələrdə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı guya əvvəllər mövcud...

Bağla