Müsəlmanların məkkədə çəkdiyi işgəncələr
İslamın ilk illərində Məkkənin müşrikləri iman gətirənlərə ağır işgəncələr verirdilər. Əmir bin Füheyra, Əbu Fukeyhə, Mikdad bin Əmr, Ümmü Ubeys, Lübeynə xatun, Nəhdiə xatun və qızı kimi səhabələr isti qum üzərində daşlarla əzilir, zəncirlərlə sürüklənirdi. Buna baxmayaraq, onlar İslamdan dönmədilər. Allah-Təala buyurur: “Ey iman gətirənlər! Allahdan Ona layiqincə qorxun və yalnız müsəlman olaraq can verin.” (Ali-İmran, 102)
Sa’d bin Əbi Vaqqasın Anası ilə İmtahanı
Sa’d bin Əbi Vaqqas anasına böyük hörmət göstərirdi. Anası ondan İslamı tərk etməsini istəyəndə yemək və içməkdən imtina etdi. Lakin Sa’d əqidəsindən dönmədi və dedi: “Anam! Əgər sənin yüz canın olsa və hamısını bir-bir versən belə, mən bu dindən dönmərəm!” Bundan sonra Allah-Təala belə buyurdu: “Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik… Əgər onlar səni Mənə şərik qoşmağa vadar etsələr, onlara itaət etmə, lakin dünyada onlarla gözəl rəftar et!” (Loğman, 14-15)
Həzrət Əlinin Fədakarlığı
Peyğəmbər (s.ə.s) Məkkədən Mədinəyə hicrət edərkən müşriklər onu öldürmək üçün plan qurmuşdular. Rəsulullah (s.ə.s) Həzrət Əliyə yatağında yatmağı tapşırdı və buyurdu:
“Ey Əli! Mənim yatağımda yat və üstünü mənim əbamla ört. Qorxma, sənə heç bir zərər gəlməyəcək!” Həzrət Əli fədakarlıqla bu tapşırığı yerinə yetirdi və Peyğəmbərin əmanətlərini sahibinə qaytarmaq üçün Məkkədə qaldı.
Bi’r-i Mauna Faciəsi
Rəsulullah (s.ə.s) İslamı öyrətmək üçün 70 Quran hafizini Nəcd xalqına göndərdi. Lakin onlar Bi’r-i Mauna yaxınlığında pusquya düşdülər və şəhid edildilər. Əmir bin Füheyra oxla vurulduqdan sonra sevinc içində belə dedi: “Allaha and olsun ki, mən qələbə çaldım!”
Bu sözlər onun qatili Cəbbara təsir etdi və o, illər sonra İslamı qəbul etdi.
Uhud Döyüşü və Həmzənin Şəhadəti
Uhud döyüşündə Peyğəmbərin əmisı Həmzə şəhid edildi və cəsədi parça-parça oldu. Onun bacısı Safiyyə cəsədini görmək istəyəndə, Peyğəmbər (s.ə.s) ona mane olmaq istədi. Lakin o dedi: “Qardaşım Allah yolunda bu müsibətə düçar olub. Mən bunu qəbul edirəm və Allahdan savab gözləyirəm.” Bundan sonra ona qardaşının cəsədini görməyə icazə verildi və o, dua etdi.
İlk müsəlmanlar böyük əziyyətlərə baxmayaraq, İslamdan dönmədilər. Onların fədakarlığı və sədaqəti sayəsində İslam bizə qədər gəlib çatdı. Allah-Təala onları ən ali məqamlarla mükafatlandırsın. Amin!
Rəşad Manafov