İran Naxçıvan aeroportuna dron hücumu edib

0

İran martın 5-də Naxçıvan aeroportuna dron hücumu edib.

“Report”un yerli bürosunun məlumatına görə, İran ərazisindən uçan dron aeroportun binasına düşərək partlayıb.

Bununla İranın molla rejimi Azərbaycanın göstərdiyi qonşuluq münasibətlərinə baxmayaraq özünün əsl mahiyyətini göstərib.

Qeyd edək ki, Azərbaycan heç vaxt öz ərazisindən İrana qarşı istifadə olunmasına icazə verməyib və bunu ən yüksək səviyyədə açıq bəyan edib. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının ilk günündən rəsmi Bakı meriban qonşuluq siyasətinə sadiq qalıb.

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Əli Xameneinin və mülki şəxslərin həlak olması ilə əlaqədar qonşu ölkənin Prezidenti Məsud Pezeşkiana başsağlığı ünvanlayıb, İranın Azərbaycandakı səfirliyinə baş çəkərək, matəm kitabına ürək sözlərini yazıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. Tədbirdə Leyla Əliyeva və...

Bağla