İRAQDA İMAMI-AZAMIN TÜRBƏSƏNİ UÇURMAQ İSTƏYİRLƏR

0

İraqda bəzi radikal şiə qruplar, paytaxt Bağdadın Azamiyə bölgəsindəki İmamı Azam əbu Hənifənin türbəsinin uçurulmağı üçün sosial şəbəkədə çağırış ediblər.

Bundan sonra türbənin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib və İraq Milli İstihbarat Kordinasiya Şurası fövqəladə iclas keçirib. İclasda çıxış edən şuranın rəhbəri Qasım Araci belə bir çağırışı qəbul etmədiklərini deyib.

“Hədəfi ictimai sülh olan bu cür məzhəbçi çağırışları qəbul etmirik. Təhlükəsizlik qüvvələrimiz bu cür çağırışlara ən sərt şəkildə cavab verəcək.” – deyə Araci bildirib.

Qasım Araci həmçinin ölkədəki şiələrin lideri Ayətullah Əli Sistani, cəmiyyətun nüfuzlu şəxslərinin və iraqlı aşirətlərin bu cür çağırışlara qarşı olduqlarını deyib. Sədr həmçinin bir qrup hərbçi ilə bölgəni ziyarət edib.   

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PEYĞƏMBƏRİMİZİN (ﷺ) NƏVƏSİ İBRAHİM ƏL-ƏHSAİ VƏFAT ETDİ

İslam peyğəmbəri Hz. Muhammədin (ﷺ) 35-ci qurşaqdan nəvəsi olan hədis alimi seyyid İbrahim əl-Əhsai vəfat edib. Əslən Mədinədən olan əl-Əhsai...

Bağla