İRAQDA TÜRKİYƏ ORDUSUNUN 9 ƏSGƏRİ ŞƏHİD OLUB

0

Yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu nəticəsində 9 hərbçi şəhid olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Nazirlik qeyd edib ki, həkimlərin səyinə baxmayaraq, daha 1 yaralı hərbçi dünyasını dəyişib.

Bölgədə əməliyyatlar davam edir. Türkiyə ordusu terrorçuların sığınacaq, daldalanacaq kimi istifadə etdikləri 29 mövqeyinə, mağaralara zərbələr endirib. Xeyli sayda terrorçu zərərsizləşdirilib.

Nazirlik həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSMAYIL RACİ ƏL-FARUQİYƏ GÖRƏ VƏHY VƏ AĞIL ARASINDAKI BİRLİK

Böyük İslam mütəfəkkiri İsmayıl Raci əl-Faruqi hazırladığı orjinal çalışmaları ilə İslam fikir dünyasına böyük töhvələr bəxş etmişdir. Həyat yoldaşı Luis...

Bağla