İRLANDİYALI MƏŞHUR MÜĞƏNNİ MÜSƏLMAN OLDU

0

İrlandiyalı məşhur müğənni Şineyd O`Konnor İslam dinini qəbul edib. Yerli “Irish Post” qəzetinin xəbərinə görə müğənni şəxsi Twitter səhifəsində katolik xristianlığı tərk edərək müsəlman olduğunu açıqlayıb.  

“Müsəlman olmağımla iftixar edirəm. Bu, hər bir ağıllı ilahiyyatçının çatacağı təbii bir nəticədir. Bütün müqəddəs kitabələr bizi İslama aparır. İslam dini bütün müqəddəs kitabları qüvvədən salır.” – deyə O`Konnor sosial şəbəkədəki mesajında qeyd edib.

51 yaşlı müğənni müsəlman olduqdan sonra sosial şəbəkə adını Shuhada Davitt olaraq dəyişdirib və bu hesabda hicablı şəkillərini paylaşıb.  

Müğənni eyni zamanda, profilində olan məşhur idman brendlərindən birinin “Just Do It” üstündə “Wear Hicab” (Hicab geyin) yazıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEV: “AZƏRBAYCANDA İSLAM HƏMRƏYLİYİ TAM BƏRQƏRAR OLUB”

"Azərbaycanda İslam həmrəyliyi tam bərqərar olub".  Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Heydər Əliyev Mərkəzində “Yeni dünya və...

Bağla