“İşğal altındakı ərazilərin azad olunması Türkiyə üçün də sevindirici oldu”

0

“Füzulidə təyyarədən endik və Şuşaya gəldik. Yolda savaşın izlərini müşahidə etdik. Bu duyğulandırıcı olduğu qədər eyni zamanda qürurlandırıcı idi”.

Bunu “Report”a açıqlamasında “Anadolu” Agentliyinin baş redaktoru Yusuf Özhan söyləyib.

“30 il işğal altında qalan ərazilərin azad olunması sadəcə Azərbaycan üçün deyil, bütün türk dünyası, xüsusilə Türkiyə üçün sevindirici hadisə idi. Şuşada keçirilən Beynəlxalq Media Forumunda mətbuat olaraq – “Anadolu” Agentliyi olaraq iştirak edirik. Burada həm Azərbaycandan, həm də əcnəbi media nümayəndələri ilə görüşlər keçirdik, gələcək planlara dair fikir mübadiləsi apardıq. Medianın gücləndirilməsi, jurnalistikanın inkişafı məsələsində önəmli işlər gördük”, – o vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NARKOZUN TƏSİRİNDƏ OLAN XƏSTƏ AZAN OXUMAĞA BAŞLADI – VİDEO

Əməliyyat edilmək üçün narkoz verilən xəstə, əməliyyatdan sonra narkozun təsiri çıxmadan azan oxumağa başlayıb. İslamveirfan.com xəbər verir ki, hadisə Türkiyə...

Bağla