İŞLƏRİNİZİ BƏDƏN SAATINA GÖRƏ MÜƏYYƏN EDİN!

0

İnsan bədəninin fəaliyyət gücünün ən yüksən olduğu zamanının bədəndə ifraz olunan kortizol hormonu səbəbi ilə günün erkən səhər saatları olduğu qeyd edilir. İnsan həyatında və inkişafında bədən hərəkətlərinə sinir sistemi deyilən beyin stimulyatorları və kimyəvi xüsusiyyətlərə sahib olan hormonlarla nəzarət edilir. Hər bir insanın bədəni müəyyən edilmiş bioloji ritmə görə fəaliyyət göstərir. 24 saatın bir vahid olaraq qəbul edildiyi bu prosesdə günəşin doğuşu və batışı  həlledici rol oynayır. Bədəndə ifraz olunan hormonların vəzifələrindən insanın gecələri yatmaq və gündüzləri çalışmaq üçün yaradılmış bir orqanizmə sahib olduğu məlum olur.

 Aparılan tədqiqatların nəticələrinə görə insan bədəninin fəaliyyət gücü gün içərisində səhər saat 10 ilə 11 arasında ən yüksək  səviyyəyə qalxır. Günorta saatlarında azalan bədənin fəaliyyət gücü saat 13 ilə 14 arasında ən aşağı səviyyəyə enir. Bədən fəaliyyətinin ikinci ən yüksək olduğu zaman isə səhərki qədər olmasa da saat 16 ilə 17 arasında özünü göstərir. Səhər saatları ilə günortadan sonrakı bu zaman dilimi zehin və bədən fəaliyyətinin gün içərisində ən yüksək olduğu vaxtlardır.

Bu vəziyyət böyrəküstü vəzlərindən ifraz olunan və kortizol adı verilən hormonun təsiri ilə baş verir. Qandakı şəkərin səviyyəsini tənzimləməklə birlikdə bütün metobalizma üzərində nəzarətedici bir funksiyaya sahib olan kortizol hormonu insan davranışlarında da çox əhəmiyyətli yerə sahibdir. Bu hormon eyni zamanda bədəndə qan dövranını kontrol edir, bədənin təhlükəni qəbul edib cavab verməsinə kömək edir, təlim və koqnitiv prosesləri dəstəkləyir, diqqətin toparlamağa yardımcı olur, yorğunluğu aradan qaldırır, iltihabı azaldır və yaranın sağalmasına kömək edir və.s.

Bədənin biloji ritmini bilmək və onun iş prinsipinə yaxından agah olmaq gündəlik fəaliyyətlərdə uğur qazanmaq üçün ən əsas amillərdən biridir. Bədən fəaliyyətinin pik nöqtədə olduğu saatlar daha yaxşı şəkildə dəyərləndirilə bilər. Onu qeyd edək ki, uşaqların sağlam inkişafı üçün lazım olan böyümə hormonu yuxu əsnasında ifraz olunur.  Gecə saat 22.30 və 23.00 saatlarında yuxuda ifraz olunan böyümə hormonundan faydalanıb istifadə etmək üçün uşaqların yuxu saatlarına və erkən yatamalarına diqqət edilməsi lazımdır. Qeyd etmək lazımdır ki, avropa ölkələrində bu səbəblə uşaqların yuxu saatlarına həddindən artıq diqqət edilir. Azərbaycanda isə gec saatlara qədər televizor qarşısında film izləyən və ya kompyuter qarşısında oyun oynayan uşaqları görmək mümkündür. Son olaraq əziz valideynlər, qeyd etdiyimiz bu məlumatlardan istifadə edərək həm özünüzün həm də övladlarınızın inkişafına və sağlamlığına diqqət etməyi unutmayın!

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İNGİLİS QADIN AZANIN TƏSİRİ İLƏ İSLAM DİNİNİ QƏBUL ETDİ

Bir müddətdir Türkiyə Muğla vilayətinin Fethiye rayonanda yaşayan ingilis əslli Şarlot Maria Atkinson İslam dinini qəbul edərək müsəlman olub. Bir...

Bağla