İSLAM DÜŞMƏNİ OLAN SİYASƏTÇİ YENƏ HƏDDİNİ AŞDI

0

Hollandiyada İslam düşmənçiliyi ilə tanınan Qirt Vildersin sədri olduğu radikal irqçi “Azadlıqlar” partiyası mart ayında keçiriləcək seçki üçün öz platformasını açıqlayıb.

Partiyanın rəsmi internet səhifəsində martın 17-də keçiriləcək seçki sonrası 2021 – 2025-ci illər üçün fəaliyyət proqramı açıqlanıb.

Proqramda, Miqrasiya, Geri qayıtmaq, İslamdan təmizləmə nazirliklərinin təsis ediləcəyi və İslam dininin totalitar ideologiya kimi tanıdılacağı vəd edilib. Həmçinin müsəlman ölkələrdən miqrant və qaçqın qəbul edilməyəcəyi, İslami məktəblər və Qurani-Kərim vasitəsilə İslam ideologiyasını təbliğ etmənin qarşısının alınacağı bildirilib. İkili vətəndaşlığı olanların seçmə və seçilmə hüququnun ləğv ediləcəyi də platformanın maddələrindən biridir.

Xatırladaq ki, Holland siyasətçi Qirt Vilders daha əvvəl də İslam dini müsəlmanlar  və Qurani-Kərim əleyhində fikirləri ilə gündəmə gəlmişdi.

Mənbə: Anadolu agentliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HÜNDÜRLÜYÜ İKİ METR OLAN “ŞUŞA” YAZISI HAZIRDIR

Vətən Müharibəsi nəticəsində işğaldan azad olunan Şuşa şəhərində quraşdırılması üçün iri ölçülü (iki metrə yaxın hündürlükdə) yazı hazırlanıb. Məlumata görə,...

Bağla