“İSLAMA ZİD REKLAMLARI YIĞIŞDIRIN, ƏKS TƏQDİRDƏ…”

0

Səudiyyə Ərəbistanı Krallığının rəsmiləri, dünyanın ən böyük video paylaşımı platformu You-Tubedan islami və cəmiyyət dəyərlərinə zidd olan reklamların yığışdırılmasını tələb edib.

Səudiyyə Ərəbistanı Audiovizual Media Baş İdarəsi ilə Rabitə və İnformasiya Texnologiyaları Komissiyasının yaydığı müştərək bəyanatda, krallığın You-Tube istifadəçilərinə; ölkənin mətbuat qaydalarına, həmçinin islami və cəmiyyət dəyərlərinə zidd reklamlar nümayiş olunduğunun müaəyyən edildiyi bildirilib.  

Yotu-Tubedan həmin reklamların yığışdırılmasını tələb edən Audiovizual Media Baş İdarəsi ilə Rabitə və İnformasiya Texnologiyaları Komissiyası, əks təqdirdə qanuni yollara müraciət edəcəklərini qeyd edib.

 

Anadolu

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRK FUTBOLÇU: HƏR GÜN 5 VAXT NAMAZIMI QILIRAM

Türkiyənin futbol üzrə yığma komandasının oyunçusu, İngiltərənin “Leicester City” komandasında oynayan türk əslli futbolçu Çağlar Söyünçü “Times” dərgisinə verdiyi müsahibədə...

Bağla