TÜRK FUTBOLÇU: HƏR GÜN 5 VAXT NAMAZIMI QILIRAM

0

Türkiyənin futbol üzrə yığma komandasının oyunçusu, İngiltərənin “Leicester City” komandasında oynayan türk əslli futbolçu Çağlar Söyünçü “Times” dərgisinə verdiyi müsahibədə namazlarını qıldığını deyib.

“11 yaşında evi tərk etmək çox çətin idi. Gecələr ağlayırdım. Bəzi oyunçular məşqdən sonra evlərinə gedirdilər. Yataqxanada 25 nəfər qalırdıq və çox işləyirdik. Tualeti təmizləyir, döşəməni silir və qabları yuyurduq. Həyatı öyrəndik.” – deyə Söyünçü müsahibəsində bildirib.

Çağlar Söyünçü həmçinin dini öhdəlikləri də yerinə yetirməyə cəhd etdiyini qeyd edib:

“Hər gün 5 vaxt namazlarımı qılmağa çalışıram. Ramazanın ilk günləri biraz çətin olur, amma Allah yardımçı olur. Uşaqlığımdan bəri oruc tuturam. Bu həyatımın bir hissəsidir.”

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÖLÜM ƏN YAXŞI NƏSİHƏTÇİDİR!

Həzrət Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: "İnsana nəsihətçi olaraq ölüm, zənginlik olaraq iman, məşğuliyyət olaraq ibadət kifayətdir". (Beyhəqi, "Şuabul-iman", VII, 353)...

Bağla