İSRAİL FƏLƏSTİNLİLƏRƏ AİD KƏNDİ 190-CI DƏFƏ YERLƏ YEKSAN ETDİ

0

İsrail qüvvələri ölkənin cənubundakı Nəcəf (Negef) çölündəki fələstinlilərin yaşadığı Arakib kəndini yerlə yeksan edib.

Arakib müdafiə komitəsinin üzvü Əziz ət-Turi, İsrail qüvvələrinin artıq 190-cı dəfədir kənddəki evləri uçurduğunu bildirib.  

Turi, Arakib kəndində uçurulan 22 fələstinli ailəyə aid evlərin yaxın zamanda yenidən tikiləcəyini deyib.

İsrailin ilk dəfə 2010-cu ilin iyul ayında uçurmağa başladığı Arakib kəndində 80-dən çox İsrail vətəndaşı fələstinli yaşayır.

Rəsmi Tel-Əviv kəndin qeyri-leqal olduğunu deyərək sakinləri oradan deportasiya etməyə çalışır. Kənd sakinləri isə bu torpaqların İsrail qurulmamışdan onların olduğunu, sahibi olduqları mülkün babalarından miras qaldığını deyirlər.

Kənd sakinləri 11 ildir İsrail qüvvələrinin hər hücumundan sonra evlərini taxta və plastik materiallarla bərpa edirlər.

Nəcəf ərazisindəki əksər kəndlər kimi Arakibdə də elektrik, su və s. kimi zəruri ehtiyaclar İsrail dövləti tərəfindən qarşılanmır.

 

Anadolu agentliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HİNDİSTANDA POLİS TƏRƏFİNDƏN SAXLANILAN GƏNC MÜSƏLMAN ÖLDÜ

Hindistan Qərbi Benqal əyalətinin Asansol bölgəsində oğurluq şübhəsi ilə polis tərəfindən saxlanılan müsəlman əslli 21 yaşlı Arnan Xan dünyasını dəyişib....

Bağla