İSRAİLLİ ARXEOLOQ PEYĞƏMBƏRİMİZİN (ﷺ) SƏHABƏLƏRİNDƏN QALAN MƏSCİD AŞKARLAYIB

0

Qüdsdəki Yəhudi Universitetinin bir qrup arxeoloqu tarixi Təbariyə şəhərindəki qədim bazar ərazisində apardıqları qazıntılar zamanı təxminən 1385 il öncə tikildiyi ehtimal olunan ən qədim məscidlərindən birini aşkarlayıb. Bu qədim yaşayış məntəqəsində arxeoloji qazıntılar 10 il ərzində aparılıb.

2020-ci ildə alimlər bir binanın  xarici divarlarını aşkarlayıblar. Binanın konstruksiyasının analizi və tapılan artefaktlar bu yerdə bir zamanlar məscidin olduğunu sübuta yetirib.

Məscid təqribən 635-ci ildə inşa olunub. Tədqiqatçıların rəyinə əsasən, bu  müsəlman ibadətgahını Peyğəmbərimiz Muhammədin (ﷺ) səhabəsi – Şurahbil ibn Həsən tikdirə bilərdi. O, 7 əsrdə bu gün İsrail, Fələstin, İordaniya, Livan və s. dövlətlərin də daxil olduğu Levant adlanan bu əraziləri ələ keçirən müsəlman ordusuna başçılıq edib.

 “Əlimizdə Şurahbil ibn Həsənin 635-ci ildə Təbariyəni fəth etdiyi zaman burada bir məscid qurduğu yazılan tarixi mənbələr var” –deyə qrup rəhbəri doktor Katya Tsitrin-Silverman bildirib. Yəhudi arxeoloq alimin sözlərinə görə, məhz Təbariyənin fəthindən sonra bu şəhər ərəb dünyasının iqtisadi və siyasi tərəqqisinin mərkəzinə çevrilib.

Moderator.az

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
МHP-NİN ŞUŞADA TİKDİRƏCƏYİ MƏKTƏB TƏHSİL NAZİRLİYİNƏ TƏHVİL VERİLƏCƏK

“Ermənistanın işğalı altındakı Qarabağ torpaqları 30 il sonra Azərbaycan Ordusu tərəfindən qısa müddətdə işğaldan azad edildi”. Bunu bu gün Azərbaycana...

Bağla