İTALYADA ORTA MƏKTƏBDƏ QURAN TƏDRİS EDİLİR

0

İtaliyanın Biella şəhərindəki orta məktəblərdən birində, din dərslərində İncillə yanaşı Quran da tədris edilir. Miqrantların kompakt yaşadığı Çiavazza məhəlləsindəki məktəbin din müəllimi, müxtəlif mədəniyyətlər arasında dialoq və hörməti təşviq etmək üçün bu addımı atdığını deyib. 11 sinifdə 250 şagirdə dərs verən Stefania Laveder bildirib ki, fərqli yerlərdən gəlmiş insanlar birlikdə yaşamağı öyrənməlidir:

“Bütün uşaqlar bir-birini tanımağı və birlikdə yaşamağı öyrənməlidir. Bu məktəbdə hər sinifdə 3-4 əcnəbi şagird var. Hamının öz mədəniyyətinin olması və ona sahib çıxması gözəl bir şeydir. Amma eyni zamanda başqalarının da mədəniyyətini bilmək lazımdır. Məqsədim, şagirdlərin ortaq məxrəcə gəlməsinə yardım etməkdir.”

Katoliklərdəki vəftiz ənənəsinin müsəlmanlarda olmadığını deyən Laveder bildirib ki, müsəlmanların yeni doğulan uşaqların qulaqlarına Qurandan bəzi hissələri pıçıldadığını öyrənmək uşaqlara olduqca maraqlı gəlir.

İtalyadakı məktəblərdən birində Quranın tədris edilməsi yerli mətbuat və ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bu halı dəstəkləyənlərlə birlikdə buna etiraz edənlər də var. Bəzi sosial şəbəkə istifadəçiləri isə orta məktəbdə din tədrisinin doğru olmadığı qənaətindədir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜSƏLMANLAR YƏHUDİ MƏBƏDİNDƏKİ TERROR QURBANLARI ÜÇÜN PUL TOPLADI…

Müsəlmanların bu növbəti addımı da İslamı terrorla eyniləşdirənlər, o cümlədən 70 ildir Fələstindəki dinc insanlara zülm edən İsrail rejimi üçün...

Bağla